“Twitter”in işində nasazlıqlar yaranıb 

23:51 17.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bir neçə ölkədən olan "Twitter" istifadəçiləri sosial şəbəkənin işində fasilələrdən şikayətlənib.

Hafta.az-ın məlumatına görə, bu barədə "Downdetector" portalı bildirib.

Məlumata əsasən, nasazlıqlar təkcə Rusiyada, ABŞ, Böyük Britaniya, Kanada, Fransa, Almaniyada müşahidə olunub.

İstifadəçilərin əksəriyyəti (89%) veb-saytın işində, digərləri tətbiqin işində və serverə qoşulduqda səhvlər baş verdiyini bildirdi.